SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“PulPal”ın keçmiş qadın rəhbəri yenidən direktor təyin edildi

“PulPal”ın keçmiş qadın rəhbəri yenidən direktor təyin edildi

  • 18 avqust 2026, 08:56

Elektron pul təşkilatı olan "PulPal" MMC-nin rəhbər vəzifəsində yenə təyinat baş verib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət rəhbər vəzifəsinə Vüsal Hadıyevin əvəzinə Mehriban Əlizadə təyin edilib.

Xatırladaq ki, M.Əlizadə ilin əvvəlində direktor vəzifəsindən çıxmışdı. Onun yerinə Leyla Əliyeva təyin olunmuşdu, sonuncunu isə mart ayında Vüsal Hadıyev əvəzləmişdi.

Mehriban Əlizadə "Azər-Türk Bank"a keçərək Biznes Proseslərinin İdarə Edilməsi Departamentinin Direktoru vəzifəsində çalışmışdı. Lakin bu vəzifədə 7 ay işlədikdən sonra yenidən "PulPal"a qayıdıb. 

Mehriban ƏlizadəMehriban Əlizadə

Qeyd edək ki, ötən ilin əvvəlində "PulPal" MMC-nin əvvəlki rəhbəri Samir Nasibov "qumar kralı" kimi tanınan Yusif Baqiyevlə (Şəkili) bağlı cinayət işi üzrə təqsirli bilinmişdi. 

Belə ki, 2022-ci ildən başlayaraq Nasibov Samir Hüseyn oğlunun "Paysis" MMC və "Pulpal" MMC pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələri açaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırması müəyyən edilmişdi.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları