Azərbaycanda istehsalat-marketinq nəqliyyat şirkəti "Lotos Co. LTD”nin külli miqdarda borcu olduğu üzə çıxıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, qazma və lövbər işləri ilə məşğul olan bu şirkətin 252 min manat vergi borcu yaranıb.
İlham Mustafayevin rəhbərlik etdiyi şirkətin nizamnamə kapitalı 1000 manat təşkil edir.
Qeyd edək ki, "Lotos Co. LTD” şirkəti “Gilan Holdinq” və “MKT” şirkətlərinin iştirakı ilə 1995-ci ildə Bakıda təsis edilib. Şirkət qazma svay, reaktiv sement, şpunt svay, lövbər işləri və torpaq işləri üzrə ixtisaslaşıb.
"Gilan Holdinq" isə 2023-cü ilin iyulundan "Xəzri Solutions" MMC adı ilə fəaliyyət göstərir.