Ödəniş təşkilatı “Fizza Pay” MMC-nin (fpay.az) rəhbəri dəyişdirilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Kamran Qaravəliyev “Fizza Pay”də Orxan Mirzəməmmədlinin əvəzinə baş icraçı direktor təyin edilib.
K.Qaravəliyev daha əvvəl "GoldenPay" və "Kapital Bank"da fəaliyyət göstərib.
Qeyd edək ki, “Fizza Pay” 2019-cu ildə təsis edilib və 645 min manat nizamnamə kapitalı var. Şirkət Mərkəzi Bank tərəfindən 2024-cü ildə lisenziya alıb. Onun lisenziyasında ödəniş əməliyyatının ekvayrinqi və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti ehtiva edir.
Xatırladaq ki, bu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı prudensial hesabatların yanlış təqdim edilməsinə görə “Fizza Pay” MMC-nin rəhbərini İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində inzibati qaydada cərimə etmişdi.