SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Mayanı 150 min manat artırdı, amma ondan da çox vergi borcu yığılıb

Mayanı 150 min manat artırdı, amma ondan da çox vergi borcu yığılıb

  • 25 sentyabr 2026, 08:53
Naxçıvan

"İBEC GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 150 dəfə artırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, cəmi 1010 manat nizamnamə kapitalı olan tikinti şirkətinin təsisçiləri 150 min manat maya qoyublar.  

Naxçıvanda qeydiyyatdan keçmiş "İBEC GROUP" MMC 2018-ci ildən memarlıq, dizayn, tikinti (inşaat) və texnika icarəsi xidmətləri göstərir. Hazırda şirkətin 30 min manata yaxın vergi borcu mövcuddur.

MMC-nin direktoru Bəxtiyar Əhmədovdur. Onun qanuni təmsilçisi kimi çıxış etdiyi, Naxçıvanda maşın və mexanizmlərin ehtiyat hissələrinin satın alınması üzrə irihəcmli tenderlərin qalibi olmuş "Avto Mexanika" MMC-nin də dövlətə 130 min manata qədər vergi borcu üzə çıxıb. 

Skat.az - Ev və Avtomobil elanları