SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Məhkəmə mobil telefon aksesuarları satan şirkəti və rəhbərini cərimələdi

Məhkəmə mobil telefon aksesuarları satan şirkəti və rəhbərini cərimələdi

  • 24 sentyabr 2026, 14:07

Mobil telefon aksesuarları və ehtiyat hissələri satışı üzrə xidmət göstərən “Yurd Accessories” Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) əmək hüquqlarının pozuntusu aşkar olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi vətəndaş şikayəti əsasında şirkətdə yoxlama aparıb. 

Yoxlama zamanı vətəndaş şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən “Yurd Accessories" MMC-yə sorğu göndərilib, sorğuda işçilərin əmək müqaviləsi ilə bağlı sənədlərin 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb olunub. 

Lakin MMC tələb olunan sənədlər təqdim etməyib. 

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə protokol tərtib edilib. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə “Yurd Accessories” 2 min manat, şirkətin rəhbəri isə 1000 manat cərimə olunub.

Qeyd edək ki, "Yurd Accessories" mobil telefon aksesuarları və ehtiyat hissələrinin topdan satışı sahəsində tanınan "Superfon" mağazalar şəbəkəsinə bağlı bir brenddir. Şirkətin rəhbəri Samir Həsənovdur.

Skat.az - Ev və Avtomobil elanları