“Pashapay” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsinə əsasən 50 000 manat cərimə edilib.
Yurd.Media xəbər verir ki, cəriməni Azərbaycan Mərkəzi Bankı yazıb.
Tənzimləyici qurum bu ilin fevral ayında şirkətdə yoxlama aparıb, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulduğunu üzə çıxarıb.