"Apple"in Azərbaycandakı distribütoruna yeni kommersiya direktoru təyin edildi.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Yusif Muştağov "Apple"in Azərbaycandakı distribütoru olan "ASBIS Azerbaijan" şirkətinin Kommersiya direktoru təyin edilib.
O, Azərbaycanda Apple biznesinin kommersiya istiqamətində inkişafı ilə bağlı məsuliyyətli vəzifəyə rəhbərlik etməyə başlayıb.
O, bu təyinata qədər Azərbaycanın telekommunikasiya sektorunda ilk ixtisaslaşmış cihaz biznesinin qurulmasına və inkişafına rəhbərlik edib.
Qeyd edək ki, "ASBIS Azerbaijan" şirkəti Apple, JBL, Logitech, Intel, Supermicro, Infinidat, AMD, Seagate, Western Digital, Crucial, Pure Storage və bir çox digər aparıcı qlobal istehsalçıların rəsmi distribütorudur.