SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Kredit risklərinin qiymətləndirilməsində səhv ehtimalı azalacaq - EKSPERT

"Kredit risklərinin qiymətləndirilməsində səhv ehtimalı azalacaq" - EKSPERT

Azərbaycan Mərkəzi Bankının son dəyişikliyi kredit risklərinin qiymətləndirilməsində səhv ehtimalını azaldacaq.

Bunu maliyyə eksperti Xalid Kərimli “Yurd Media”ya Azərbaycan Mərkəzi Bankının (AMB) Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) məlumatların təqdim olunma qaydalarında etdiyi dəyişikliklə bağlı deyib edib. Yeni qaydaya əsasən, kreditlər və onların ödənişləri barədə məlumatlar növbəti 1 iş günü ərzində sistemə daxil ediləcək. 

“Məsələn, vətəndaş bu gün bir bankdan kredit götürüb, sabah başqa bankdan da kredit ala bilər. Əgər məlumatlar vaxtında sistemə daxil edilməsə, ikinci bank bundan xəbərsiz ola bilər”, - ekspert deyib.

Onun sözlərinə görə, bu dəyişiklik əsasən banklar və digər kredit təşkilatları üçün nəzərdə tutulub və vətəndaşlara birbaşa təsir göstərməyəcək:

“Əvvəl də kredit verən strukturlar kredit haqqında məlumatı sistemə daxil edirdilər. İndi sadəcə Mərkəzi Bank özünün requlyasiya sahəsində olan obyektlərə işləmə qaydaları ilə bağlı dəqiqləşdirmə göndərir. Bu, vətəndaş üçün heç nəyi dəyişməyəcək. Sadəcə günlər dəqiqləşdirilir ki, məlumatlar daha operativ şəkildə sistemə yerləşdirilsin”.

Ekspertin sözlərinə görə, məlumatların gecikməsi bankların borcalanın real maliyyə vəziyyətini görmədən kredit verməsinə səbəb ola bilər.

Dəyişikliklər dərc edildiyi gündən banklara münasibətdə 6 ay, bank olmayan kredit təşkilatları və kredit ittifaqlarına münasibətdə isə 9 ay sonra qüvvəyə minəcək. Qərar qüvvəyə mindikdən sonra, həmin müddətədək ödənilməmiş bütün kreditlərə də şamil ediləcək.

Mərkəzi Bankın Maliyyə bazarlarının hüquqi təminatı departamentinə sənədin 3 gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Prime Leasing