SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Gömrük komitəsinin “Met-Ak” şirkətini cərimələmək cəhdi baş tutmadı

Gömrük komitəsinin “Met-Ak” şirkətini cərimələmək cəhdi baş tutmadı

  • 06 yanvar 2026, 09:46

Azərbaycanda tikinti materialları istehsalçısı olan “Met-Ak” Məhdid Məsuliyyətli Cəmiyyəti (MMC) gömrük qaydalarını pozduğu üçün cərimələnib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət ötən ilin əvvəlində 4 gömrük bəyannaməsi üzrə 114 700 manat dəyərində məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirib və Rusiya Federasiyasına ixrac edib.

Lakin, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilən xarici valyuta vəsaitlərini Azərbaycan qanunvericiliyinə müvafiq olaraq müvəkkil bankda olan hesaba köçürülməyib.

Belə ki, “Met-Ak” tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannaməsi əsasında ixrac edilən yüklərin müqabilində qaytarılmalı olan 4 195 ABŞ dolları (7132 manat) məbləğində vəsaitin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməyib.

MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi tərəfindən 19 sentyabr 2025-ci il tarixli protokol tərtib edilib və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə isə belə nəticəyə gəlib ki, şirkətin əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilib.

Bu qərardan Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları