SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Emil Construction”a 10 min manatdan çox cərimə yazıldı

“Emil Construction”a 10 min manatdan çox cərimə yazıldı

  • 17 iyun 2026, 08:53

“Emil Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə protokol tərtib edilib. 

Protokoldan görünür ki, şirkət 30 min ABŞ dolları məbləğində vəsaiti bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin məbləğdə vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “Emil Construction” 6 min dollar, yəni 10200 manat Azərbaycan manatı ilə cərimə olunub.

Qeyd edək ki, 2019-cu ildə yaradılan “Emil Construction”ın cəmi 10 manat nizamnamə kapitalı var, amma bugünə 75,5 min manat vergi borcu yığılıb. Şirkətin direktoru Rəmzi Məmmədovdur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları