SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bakıda idman kompleksi 7 milyon manata satılır

Bakıda idman kompleksi 7 milyon manata satılır

  • 16 iyun 2026, 23:43

Bakının Nizami rayonunda idman kompleksi 7 milyon manata təklif olunur.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, səkkiz il əvvəl fəaliyyəti dayandırılan “Start” İdman və Əyləncə Kompleksinin binası yenidən satışa çıxarılıb.

Bağlandıqdan sonra satışa çıxarılan bu obyektin qiyməti yarım milyon manatdan çox endirilib.

Paytaxtın Nizami rayonunda yerləşən kompleks binası hazırda alıcılara 6,9 milyon manata təklif olunur.

Xatırladaq ki, kompleksin binası bağlandıqdan sonra satışa çıxarılsa da alıcısı tapılmayıb. Bina ötən ilin əvvəlində 7,5 milyon manata satışa çıxarılmışdı.

Qeyd edək ki, “Start” İdman və Əyləncə Kompleksi 2018-ci ilin yanvarından fəaliyyətini dayandırıb. 4473,9 kvadrat metr sahəyə malik olan obyekt 30 sot torpaq sahəsinin daxilində inşa edilib. Kompleksin açıq və qapalı futbol meydançaları, hovuzu, uşaqlar üçün aquapark və hovuzu, boulinq, həndbol, basketbol və voleybol, məşq, fitnes, boks və rəqs zalları mövcuddur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları