SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Chainline” şirkətinə valyuta əməliyyatı ilə bağlı cərimə kəsildi

“Chainline” şirkətinə valyuta əməliyyatı ilə bağlı cərimə kəsildi

  • 18 iyun 2026, 09:21

“Chainline” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati protokol tərtib edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət  8950 avro məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından 2024-cü ildə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb. 

Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməyib. Qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb. 

Bu səbəbdən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Xətai Rayon Məhkəməsinin qərarı ilə “Chainline” barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 8950 avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 1790 Avro cərimə edilib.

Qeyd edək ki, “Chainline” şirkəti Azərbaycanda 2023-cü ildə yaradılıb. MMC-nin direktporu Roman Kolbindir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları