Azərbaycanda fəaliyyət göstərən “Middle East Fzco” şirkəti gömrük qaydalarını pozmaqda ittiham edilib.
Yurd.Media əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən şirkətin barəsində inzibati protokol tərtib edilib.
Belə ki, 2026-cı ildə Türkmənistandan “Xocavənd” tankeri vasitəsilə Azərbaycanaın gömrük ərazilərinə gətirilən “az kükürdlü mazut” yükü “Middle East Fzco” şirkətinin Azərbaycandakı filialı tərəfindən “Dübəndi” gömrük postu ərazisində yerləşən çənə boşaldılıb.
Lakin müəyyən olunmuş müddətə qədər yükə dair gömrük bəyannaməsi təqdim olunmayıb.
Şirkətin barəsində İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati protokol yazılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə şirkət 300 manat cərimə edilib.