"Algoritma" MMC yeni rəhbər təyin edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətdə Gülsəba Ağayarlının əvəzinə rəhbər kimi Paşa Osmanlı təyin edilib.
Qeyd edək ki, şirkət ötən il dekabrın əvvəlində Gülsəba Ağayarlını Ziya Sadıxovun əvəzinə rəhbət təyin etmişdi. G. Ağayarlı daha əvvəl “Algoritma” MMC şirkətinin finteç həlləri üzrə direktoru vəzifəsində çalışırdı.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 dekabr 2024-cü il tarixli Qərarı ilə “Algoritma” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Şirkətin nizamnamə kapitalı 751 min manatdır.