"Ekolizinq" MMC nizamnamə kapitalını 9 min manat və yaxud 10 dəfə azaldaraq 10 000 manatdan 1 000 manata endirdiyini elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan verib.
Elanda deyilir ki, kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 31 ünvanına bildirə bilərlər.
"Ekolizinq" 2014-cü ildə yaradılıb. Şirkətin təsisçisi Elnur Rəsulovdur.