SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Mərkəzi Bankın Elnarə Nəbiyevanın rəhbəri olduğu şirkəti cərimələk cəhdi baş tutmadı

Mərkəzi Bankın Elnarə Nəbiyevanın rəhbəri olduğu şirkəti cərimələk cəhdi baş tutmadı

  • 23 yanvar 2026, 14:57

Azərbaycanda tanımış şirkət valyuta tənzimi qaydalarının pozulmasında ittiham edilib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən “Best Glass” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə protokol yazılıb.

Protokola əsasən, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Nəbiyeva Elnarə Rafiq qızı olan şirkət 1 941 378 Rusiya rublu (təxminən 42 700 manat) məbləğində xarici valyutada olan vəsaiti avans olaraq xaricə köçürüb, lakin 2 il keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malları ölkəyə idxal etməyib.

Bu işə Xəzər Rayon Məhkəməsində baxılıb. “Best Glass” MMC inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 388 275 Rusiya rublu (təxminən 8 500 manat) ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə cərimə tətbiq edilib. Bu qərardan MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətdə qeyd olunub ki, müqavilə üzrə ödənilən vəsait müqabilində mallar ölkəyə 2 il müddətdən daha tez idxal olunub və həmin maddədə göstərilən inzibati xəta tərkibi ümumiyyətlə yaranmayıb.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunub, Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları