SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Dövlətə külli miqdarda borclanan “TLS Logistic” şirkətini məhkəmə də cərimələdi

Dövlətə külli miqdarda borclanan “TLS Logistic” şirkətini məhkəmə də cərimələdi

  • 03 avqust 2026, 09:31

“TLS Logistic” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin mülkiyyətində olan “DAF” markalı nəqliyyat vasitəsi Bakı-Quba-Dağıstan yolunun 199-cu kilometrliyi istiqamətində düzgün yerdə saxlamadığı üçün İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə cərimələnib.  

Lakin “TLS Logistic” avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatı 5 gün müddətində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə verməyib. 

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol yazılıb və iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə “TLS Logistic” 300 manat cərimə olunub.

Qeyd edək ki, beynəlxalq yüklərin dəmir yolu, avtomobil yolu, dəniz və hava yolu ilə daşımasını təmin edən “TLS Logistic” 2018-ci ildən işləyir, rəhbəri Azər Həsənovdur. Cəmi 50 manat nizamnamə kapitalı olan şirkətin hazırda dövlətə 126 min manat manat vergi borcu yığılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları