SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bölgədə fəaliyyət göstərən ASC ləğv olunur

Bölgədə fəaliyyət göstərən ASC ləğv olunur

  • 23 dekabr 2025, 08:50
Oğuz

Oğuz şəhərində fəaliyyət göstərən şirkət gələn ilin əvvəli ləğv olunur.

Yurd.Media xəbər verir ki, "Oğuz-Məişət" Açıq Səhmdar Cəmiyyəti 9 fevral 2026-cı il tarixində səhmdarların ümumi yığıncağını keçirəcək.

İclas ASC-nin Oğuz şəhəri, Əzizbəyov küç, 7 ünvanında yerləşən inzibati binasında olacaq.

Səhmdarların ümumi yığıncaqda "Oğuz-Məişət" ASC-nin ləğv edilməsi, səhmlərinin dövlət qeydiyyatından çıxarılması, cəmiyyətə ləğv prosesi ilə əlaqədar təsviyəçinin təyin edilməsi, əmlakın Cəmiyyətin balansindan çıxarılması, ləğv prosesi ilə əlaqədar digər prosedurların həyata keçirilməsi müzakirə olunacaq.

Skat.az - Ev və Avtomobil elanları