Azərbaycanın aparıcı beton istehsalçısı – “Crystal Beton” QSC nizamnamə kapitalını təxminən 3 dəfə artırmağa hazırlaşır.
Yurd.Media xəbər verir ki, kapital artımı şirkətin dövriyyədə olan 202 ədəd səhminin nominal dəyərinin 676,95 manatdan 2 100,27 manata yüksəldilməsi hesabına baş tutacaq.
Son nəticədə “Crystal Beton”un kapitalı 136 743,9 manatdan 424 254,54 manata yüksələcək.
“Crystal Beton” 2002-ci ildən fəaliyyətə başlayıb.
Hazırda şirkətin 25,5 min manat vergi borcu var.