Azərbaycandakı 22 bankdan 2-nin innovativ məhsulları Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqdan keçiriləcək.
Tənzimləyici qurumdan Yurd.Media-ya bildirilib ki, söhbət "Azərbaycan Beynəlxalq Bankı" və “Rabitəbank” ASC-lərin "İslam bankçılığı" çərçivəsində təqdim etdiyi məhsullardan gedir.
Bundan başqa, "PAŞA Sığorta" ASC-nin "Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması" məhsulu və "BİTAZN" MMC-nin "BİTAZN kriptovalyuta birjası" məhsulu da sınaqdan keçirilmək üçün məqbul hesab edilib.