SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Almet Holding” nizamnamə kapitalını 5 dəfə artırır

“Almet Holding” nizamnamə kapitalını 5 dəfə artırır

  • 09 fevral 2026, 10:12

“Almet Holding” ASC nizamnamə kapitalını 5,1 milyon manat və yaxud 4,9 dəfə artıraraq 1,3 milyon manatdan 6,4 milyon manata çatdırmağı planlaşdırır.

Yurd.Media xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 10 manat olan 510 min ədəd yeni səhm buraxılacaq.

Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək.

"Almet Holding" 2016-cı ildə yaradılıb. Şirkətlər qrupu poladın xammal, yarımfabrikat və hazır məhsul formasında istehsalı üzrə ixtisaslaşıb. Holdinqin Azərbaycan, Gürcüstan, Böyük Britaniya və Türkiyədə ofisləri var.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları