Ağdam Sənaye Parkında “Qarabike” MMC tərəfindən velosiped istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.
Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən əmlumat verilib.
Bildirilib ki, “Qarabike” MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.
Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650 nəfərdən çox daimi iş yeri yaradılıb.