SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qəzaya uğrayan Türkiyə təyyarəsində 20 hərbçi olub

Qəzaya uğrayan Türkiyə təyyarəsində 20 hərbçi olub

  • 11 noyabr 2025, 19:05

Qəzaya uğrayan Türkiyəyə məxsus hərbi təyyarənin göyərtəsində 20 hərbçi olub

Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.

Yurd.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

"Qəzaya düşən təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 20 hərbçimiz olub. Qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları davam edir", - məlumatda deyilir.

Qeyd edək ki, Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları