Gürcüstanda qızıl mağazasında azərbaycanlı ata və gənc oğlu güllələnərək öldürülüb.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, hadisə Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında baş verib.
Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Silahlı insident nəticəsində yaralanan 27 yaşlı azərbaycanlı gənc xəstəxanada ölüb. Onun hadisə zamanı güllə yarası alan atasının vəziyyəti stabil ağır kimi qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Atəş açan naməlum şəxsin kimliyini müəyyən etmək üçün müşahidə kameralarının qeydə aldığı görüntülər yoxlanılır, istintaq hərəkətləri həyata keçirilir.
Ata və oğlunun güllələndikləri qızıl əşyalar mağazasının sahibləri olduğu bildirilir.
Hadisənin motivi məlum deyil.
