SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycan qatarı Ermənistanda - FOTO

Azərbaycan qatarı Ermənistanda - FOTO

  • 20 dekabr 2025, 23:22

İki ölkə arasında həyata keçirilən ilk ticari-iqtisadi əməliyyat çərçivəsində ötən gün Azərbaycan Ermənistana 1300 ton həcmində 22 vaqon Azərbaycan istehsalı Aİ95 markalı benzin yola salıb.

Yurd.Media xəbər verir ki, Azərbaycan-Gürcüstan dəmir yolu vasitəsilə göndərilən qatar Gürcüstan-Ermənistan sərhədini keçib və daha sonra mənzil başına çatıb.

Qeyd edək ki, neft məhsullarının yola salınması Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın Qəbələdəki görüşündə əldə edilmiş razılaşmaya əsasən baş tutub və bu, sırf kommersiya xarakterlidir.

Həmin anın fotolarını təqdim edirik:

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları