SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Biri Vətən müharibəsi qazisi olmaqla 3 azərbaycanlı Ukraynada həlak olub - FOTO

Biri Vətən müharibəsi qazisi olmaqla 3 azərbaycanlı Ukraynada həlak olub - FOTO

  • 24 yanvar 2026, 22:14

Rusiya-Ukrayna müharibəsində daha 3 azərbaycanlı həlak olub.

Yurd.Media "Unikal”a istinadən xəbər verir ki, onlardan biri Vətən müharibəsi qazisidir. Rusiya ordusunun sıralarında döyüşən 25 yaşlı Fərid Əfəndizadə 44 günlük Vətən müharibəsində iştirak edib və yaralanıb. O, 3-cü qrup müharibə əlili idi. Mərhum ötən gün Ağdaş rayonunda dəfn edilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibədə iştirak edən 1993-cü il təvəllüdlü Cavidan Maqsud oğlu Əbdülrzayev və 2005-ci il təvəllüdlü Cəlal Zeynal oğlu Zeynalov da həlak olublar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları