SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycan daha bir ölkədə səfirlik açır - SƏRƏNCAM

Azərbaycan daha bir ölkədə səfirlik açır - SƏRƏNCAM

  • 17 oktyabr 2025, 18:43

Azərbaycanın yeni diplomatik nümayəndəliyi açılır.

Yurd.Media xəbər verir ki, Prezident İlham Əliyev Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin".

Prime Leasing