SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakı və Belqrad arasında birbaşa uçuşlar başlayıb

Bakı və Belqrad arasında birbaşa uçuşlar başlayıb

  • 03 may 2026, 23:18

Air Serbia Bakı və Belqrad arasında birbaşa aviareysin açıldığını rəsmi şəkildə elan edib.

Yurd.Media xəbər verir ki, bu barədə Air Serbia məlumat yayıb.

Bu yeni marşrut Azərbaycan və Serbiya arasında əməkdaşlığın inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək: Belqraddan çərşənbə və bazar günləri, Bakıdan isə cümə axşamı və bazar günləri planlaşdırılıb.

Belqraddan ilk reysin yola salınması mərasimində Azərbaycanın Serbiyadakı səfiri Kamil Həsənov, Serbiya hökumətinin nümayəndələri — tikinti, nəqliyyat və infrastruktur naziri Aleksandra Sofroniyeviç, idman naziri Zoran Qayiç, mədəniyyət naziri Nikola Selakoviç, eləcə də Air Serbia rəhbərliyi, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları