SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birini fəth edib

Azərbaycanlı alpinist dünyanın ən yüksək zirvələrindən birini fəth edib

  • 19 aprel 2026, 23:24

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlunun da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 metr) zirvəsini fəth edib.

Gənclər və İdman Nazirliyindən Yurd.Media-ya bildirilib ki, baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışlarını həyata keçiriblər.

Aşurlı zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. İdmançı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.

Bununla da, İsrafil Aşurlının fəth etdiyi zirvələrin (8000 metrdən yüksək) sayı 9-a çatıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları