SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Azərbaycanda turizm apardığından çox gətirib

Azərbaycanda turizm apardığından çox gətirib

  • 15 dekabr 2025, 16:31

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azalaraq 2,7 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata əsasən, hesabat dövründə turizm xidmətləri üzrə ixrac (1,5 milyard ABŞ dolları) idxalı (1,2 milyard ABŞ dolları) üstələyib.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,6%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,8% azalıb.

Xarici ölkələrin Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərdiyi xidmətlərin dəyəri 1,2 milyard ABŞ dolları olub. Bunun 75,1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).

Prime Leasing
SPE Annual Caspian