SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycanda dörd fəsilli turizminin inkişafı üçün təşəbbüslər açıqlanıb

Azərbaycanda dörd fəsilli turizminin inkişafı üçün təşəbbüslər açıqlanıb

Azərbaycanın bölgələrində turizm dövrünün 6 aya qədər uzadılması hədəflənən Fəaliyyət Planı həyata keçiriləcək.

Bu barədə Yurd.Media-nın sorğusuna əsasən, Azərbaycan Dövlət Turizm agentliyindən məlumat verilib.

Bildirilib ki, qeyri-mövsüm dövrünün mümkün üstünlüklərindən istifadə edilməsi məqsədilə həyata keçirilən strateji planlaşdırma çərçivəsində 2024-2026-cı illəri əhatə edən “Turizm sektorunda qeyri-mövsüm dövrünün azaldılmasına dair Fəaliyyət Planı” qəbul edilib:

"Sənədin əsas məqsədi qeyri-mövsüm dövrünün müddətini azaltmaq, həmin dövrdə ölkəyə gələn turistlərin gecələmə sayında artıma nail olmaq, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişafı Strategiyası”nda nəzərdə tutulmuş mövsüm dövrünün 6 aya qədər uzadılması hədəfinə nail olmaqdır”.

Fəaliyyət Planı iki əsas strateji istiqamət üzrə qurulub: turizm mövsümünün marketinq və tanıtım kampaniyaları vasitəsilə uzadılması və turizm məhsullarının inkişafı, diversifikasiyası və investisiya təşviqi yolu ilə qeyri-mövsüm dövrünün azaldılması:

"Fəaliyyət Planında turizm məhsulları və hədəf bazarların şaxələndirilməsi, qeyri-mövsüm dövründə tədbirlərin keçirilməsinin təşviqi, bu dövrə uyğun intensiv və hədəfyönlü təbliğat-təşviqat kampaniyalarının aparılması, eləcə də sənaye iştirakçılarının daha uzunmüddətli fəaliyyətini dəstəkləmək məqsədilə tənzimləyici və maliyyə imtiyazları, təşviq alətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi məqamlar nəzərdə tutulur”, - Agentlikdən bildirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları