Dövlət Statistika Komitəsi bu ilin yanvar-may aylarında ölkəyə gələn turistlərin sayını açıqlayıb.
Yurd.Media xəbər verir ki, 5 ay ərzində Azərbaycan 871,7 min nəfər turist qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11% azdır.
Maraqlıdır ki, yanvar-aprel aylarının yekununda ölkəyə turist axını 10,5% azalmışdı.
Mayda Bakıda BMT-nin Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirilsə də, bunun fonunda ölkədə turist axınının azalması nəinki zəifləyib, əksinə sürətlənib.
Müsbət məqam yalnız odur ki, ötən ay turist cəlb etdiyimiz ölkələrin sayı 175-dən 186-ya yüksəlib.
Təkcə mayda isə ölkəyə 213,2 min turist gəlib. Bu isə ötən ilin mayına nisbətən 12,7% azdır.