SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycana turist axınında KƏSKİN AZALMA

Azərbaycana turist axınında KƏSKİN AZALMA

  • 26 iyul 2025, 17:18

Azərbaycana turist axınında kəskin azalma müşahidə olunub.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, bu ilin iyun ayında Azərbaycana Yaxın Şərq ölkələrindən 22 600 turist səfər edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 32 % azdır.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, ötən ay Səudiyyə Ərəbistanından 10 392 nəfər (- 29 %), İsraildən 3 446 nəfər (-18 %), Küveytdən 2 135 nəfər (-39 %), BƏƏ-dən 1 893 nəfər (-49 %), Omandan 1 356 nəfər (-52 %), Misirdən 736 nəfər (-22 %), İordaniyadan 1 008 nəfər (-12 %), İraqdan 529 nəfər (-21 %), Bəhreyndən 465 nəfər (-34 %), Yəməndən 1 143 nəfər (+10 %), Qətərdən 204 nəfər (-47 %), Livandan 137 nəfər (+6 %), Fələstindən 60 nəfər (ötən ilin iyun ayında bu ölkədən turist gəlməyib), Suriyadan isə 7 nəfər (+40 %) turist gəlib.

Ümumilikdə iyunda Azərbaycana 237 509 turist gəlib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 11 % azdır. Ən çox turist Rusiyadan (73 415 nəfər, - 11%), Türkiyədən (40 326 nəfər, +5 %) və İrandan (15 297 nəfər, - 11 %) gəlib.

Prime Leasing