SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər

Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər

  • 19 may 2025, 15:12

Cari ilin yanvar-aprel aylarında əvvəlki illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0,9 faiz azalaraq 632,7 min nəfər olub.

Yurd.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,9 faiz, Gürcüstana gedənlərin sayı 20,4 faiz artıb, Türkiyəyə gedənlərin sayı 6,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 26,4 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 36,1 faizi Türkiyəyə, 16,1 faizi Rusiya Federasiyasına, 11,1 faizi Gürcüstana, 11,0 faizi İrana, 25,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,9 faizini kişilər, 33,1 faizini qadınlar təşkil edib.

Prime Leasing