Zaqatalada kənd məktəbi istifadəyə yararsız haldadır.
Zaqatala rayonunda şəhid Sərdar Kərimov adına Kəpənəkçi kənd tam orta məktəbi 1960-cı illərdə tikilib və bugünədək yenidən bərpa olunmayıb.
Yurd.Media xəbər verir ki, məktəbdə hazırda 160 şagird təhsil alır və 40-a yaxın pedaqoji, texniki heyət çalışır.
"İTV"yə danışan məktəblilər bildirib ki, məktəbdə pəncərələr qırıq, sinif otaqları isə soyuqdur.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən qeyd edilib ki, təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aidiyyatı üzrə müraciət edilib. Təmir işləri növbəlilik əsasında həyata keçirilir:
"2024-2025-ci tədris ili üzrə 4 məktəbin sökülərək, yenidən tikilməsi və 90-dan çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur",- deyə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib.