Valideynlər çox vaxt əslində yorğunluq və ya yüksək narahatlıq olan vəziyyəti tənbəllik kimi qəbul edirlər.
Lakin, iştahanın azalması, tez-tez soyuqdəymə, diqqəti cəmləşdirməkdə çətinlik, yuxu pozğunluğu və hətta fiziki ağrılar - bütün bunlar məktəblinin həddindən artıq yüklənməsinin əlamətləri ola bilər.
Yurd.Media xəbər verir ki, mütəxəssislər qeyd edir ki, uşaqlarda yorğunluq təkcə əsəbilik, şıltaqlıq və ya ağlamaqlıqla deyil, həm də iştahanın azalması, tez-tez soyuqdəymə və digər problemlərlə özünü göstərə bilər.
Xüsusilə kiçik yaşlı məktəblilərdə stressi müəyyən etmək çətindir, çünki onlar hələ öz hisslərini tam anlaya və ifadə edə bilmirlər. Psixoloqlar valideynlərə bir-iki həftə ərzində uşağı diqqətlə müşahidə etməyi məsləhət görüb. Əgər davranışında dəyişiklik olmazsa, həddindən artıq yüklənmə ehtimalı barədə düşünmək lazımdır.
Həddindən artıq yüklənmənin simptomları emosional, koqnitiv, fiziki və davranış xarakterli ola bilər:
"Uşağa təkcə yuxu və qidalanma deyil, həm də ondan heç nə tələb olunmayan vaxt lazımdır. Məşğələlər arasında fasilələri unutmaq olmaz: hər 30-40 dəqiqəlik dərsdən sonra 10-15 dəqiqə istirahət vermək lazımdır. Həmçinin uşağa gündə minimum bir saat 'heç nə etməmək' üçün vaxt ayırın", - deyə psixoloq vurğulayıb.
Mütəxəssislər valideynlərə uşaqları əlavə məşğələlərlə həddindən artıq yükləməməyi məsləhət görüb. O qeyd edib ki, dərnəklərə və məktəbə gedib-gəlmə vaxtını da nəzərə almaq vacibdir, çünki bu da əlavə yük yaradır.