SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Yeni tədris ilində neçə tələbə yataqxanada yerlə təmin olunub? - SORĞU

Yeni tədris ilində neçə tələbə yataqxanada yerlə təmin olunub? - SORĞU

Bakı

Yeni tədris ili başlayıb və tələbələr məişət məsələləri ilə bağlı işlərini də yoluna qomuş sayılırlar. Bəzi tələbələr kirayə mənzillərdə, digərləri univeristet yataqxanalarında və ya özəl yataqxanalarda qalırlar. 

Yurd.Media 2025-2026-cı tədris ili üçün universitetlər üzrə yataqxalara neçə tələbənin yerləşdirildiyini öyrənməyə çalışıb. 

Azərbaycan Dövlət Xarici Dillər Universiteti: "Tələbə yataqxanasına yerləşməklə bağlı müraciətlər hələ də davam edir. Hazırda 80 yerli, 5 xarici tələbəmiz yataqxanada məskunlaşıb".

Azərbaycan Memarlıq və İnşaat Universiteti: "Universitetimiz ölkədə ən böyük yataqxana kompleksinə sahib təhsil mərkəzlərindən biri olub. Lakin, Birinci Qarabağ müharibəsindən sonra yataqxananın böyük hissəsində məcburi köçkünlər məskunlaşıblar. Hazırda yalnız bir korpus tələbələrə aiddir .Son illərdə həmin korpus təmir etdirilib. Hələ də yataqxanamızda qalmaq üçün müraciətlər davam edir. Biz 450-ədək tələbəni burada yerləşdirə bilirik. 400 tələbəmiz demək olar ki, yerləşib. Universitet olaraq çalışırıq ki, az sayda qalan yerlərimizə də ən çox ehtiyacı olan tələbələri yerləşdirə bilək. 13000-ə yaxın tələbə sayımız var və əksəriyyəti bölgədən gəliblər. Sevindirici haldır ki, torpaqlarımız işğaldan azad edilib və "Böyük Qayıdış" proqramı çərçivəsində soydaşlarımız ata-baba yurdlarına qayıdırlar. Azərbaycan Memarlıq və İnşaat Universiteti də bu proseslə paralel olaraq Azərbaycan Elm və Təhsil Nazirliyi ilə birlikdə yataqxana kompleksinin əsaslı şəkildə yenidən qurulması üçün maliyyə mənbələrinin axtarışındayıq. Ümid edirik ki, yaxın gələcəkdə maliyyə mənbələrini tapıb, yataqxana kompleksini əsaslı şəkildə edib, tam olaraq tələbələrin istifadəsinə verə biləcəyik".

Azərbaycan Texniki Universiteti: "AzTU-nun yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə işğaldan azad edilən ərazilərdə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi təmamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar təmamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar veriləcək. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: "ADMİU-nun yataqxanası uzun illərdir məcburi köçkünlərin istifadəsindədir".

Prime Leasing