SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Mingəçevirdə gənclərin iş dünyasına töhfə verəcək sammit keçiriləcək

Mingəçevirdə gənclərin iş dünyasına töhfə verəcək sammit keçiriləcək

  • 19 sentyabr 2025, 15:52
Mingəçevir

Oktyabrın 24-də Mingəçevir şəhərində Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək.

Tədbir Azərbaycanın regionlarını əhatə edən və universitet-sənaye əməkdaşlığını təşviq edən ilk genişmiqyaslı platformadır və bölgədə bu istiqamətdə həyata keçirilən ən əhəmiyyətli və strateji layihələrdən biridir.

Sammit çərçivəsində universitet–sənaye tərəfdaşlığının yeni modelləri, karyera sərgisi və vakansiyaların təqdimatı, startap layihələrinin dəstəklənməsi, panel müzakirələr və seminarların keçirilməsi, həmçinin akademik biliklərin sənaye təcrübəsi ilə inteqrasiyası kimi əsas istiqamətlər üzrə tədbirlər təşkil olunacaqdır.

Sammitdə dövlət qurumları və böyük şirkətlər, bank və maliyyə sektoru, texnologiya və sənaye təmsilçiləri, startaplar və innovasiya mərkəzləri, universitetlər və tədqiqatçılar, həmçinin on minlərlə tələbə və gənc (100 müəssisə və 10000 ziyarətçinin iştirakı planlaşdırılır) iştirak edəcəkdir.

Tədbir Arena Hotel Kur məkanında keçiriləcək və Mingəçevir Dövlət Universiteti, HBN Group və Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən birgə təşkil olunacaqdır.

Sammit iştirakçıları universitetlər və sənaye müəssisələri arasında əməkdaşlıq imkanlarını genişləndirmək, tələbə və gənclərin iş dünyası ilə birbaşa əlaqə qurmasına dəstək olmaq, regionlarda kadr potensialını gücləndirmək və innovativ təşəbbüslərin inkişafına töhfə vermək imkanına malik olacaqlar.

İştirak etmək istəyən müəssisələr sentyabr 30-na qədər careerhub.az-dan qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, sammitin media tərəfdaşlarından biri də Yurd.Media saytıdır.

Prime Leasing