SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
“Maarifçi Tələbə Kredit Fondu CƏRİMƏLƏNDİ

“Maarifçi" Tələbə Kredit Fondu CƏRİMƏLƏNDİ

  • 10 mart 2026, 10:58

Ədliyyə Naziriliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən “Maarifçi" Tələbə Kredit Fondu barəsində araşdırma aparılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, İnzibati xəta haqqında protokola əsasən Fond tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş hesabatın nəzarət orqanına təqdim edilmədiyi aşkar edilib.

Səbail Rayon Məhkəməsinin qərarına əsasən Fond İnzibati Xətalar Məcəlləsinin 598.8-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 2500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu 14 ali təhsil müəssisəsini əhatə edir.

Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

“Maarifçi” Tələbə Kredit Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək 5 elan sessiyası keçirib. Bu müddət ərzində 201 təhsil krediti müqaviləsi imzalanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları