SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qubada məktəblilərə dini radikalizmin fəsadları izah olunub

Qubada məktəblilərə dini radikalizmin fəsadları izah olunub

Quba

Qubanın Xucbala kənd tam orta ümumtəhsil məktəbində “Dini radikalizm və ekstremizm ictimai təhlükəsizlik müstəvisində: hüquqi aspektlər” mövzusunda maarifləndirici tədbir keçirilib.

Yurd.Media xəbər verir ki, tədbir Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə təşkil olunub.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhrüz Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə Təhsil sektorunun əməkdaşı Turqay Kərimov, Xucbala kənd tam orta məktəbinin direktoru Aybala Umudova, məktəbin psixoloqu, müəllimləri və şagirdləri iştirak ediblər.

Çıxış edən natiqlər gənclərin radikal və ekstremist ideologiyalardan uzaq tutulmasının, sağlam düşüncə tərzinin formalaşdırılmasının və milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsinin vacibliyindən bəhs ediblər. Bildirilib ki, yeniyetmələrin düzgün istiqamətləndirilməsi, maarifləndirici tədbirlərin keçirilməsi, eləcə də ailə və məktəb əməkdaşlığının gücləndirilməsi bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərin fikirləri dinlənilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları