SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Universitet qanunsuz reklama görə cərimələndi

Universitet qanunsuz reklama görə cərimələndi

  • 10 fevral 2026, 10:37

Bakı Biznes Universitetinin barəsində inzibati protokol yazılıb. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Reklam Agentliyinin Bakı şəhər Reklam İdarəsi tərəfindən Bakı Biznes Universiteti barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilib.

Protokola əsasən Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən Bakı Biznes Universitetinin inzibati binasının üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Bakı Biznes Universiteti 6 min manat cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları