SÜJET
Gənclərin əmək bazarına çıxışını asanlaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetində tələbə və məzunlar üçün 16-cı Karyera və Əmək Yarmarkası təşkil olunub.
Yurd.Media xəbər verir ki, tədbir UNEC-in və Dövlət Məşğulluq Agentliyin birgə təşkilatçılığı ilə baş tutub. Yarmarkada 105 işəgötürən tərəfindən iştirakçılara 1000-dən artıq vakansiya təqdim olunub.
Vakansiyalar əsasən bank mühasibat uçotu və satış sahələrini əhatə edib. İşəgötürənlər tərəfindən təqdim olunan maaş təklifləri 400 manatdan başlayaraq 1500 manata qədər dəyişib. İş yarmarkasında iştirak edən gənclərə vakansiyalar barədə ətraflı məlumat verilib, həmçinin işə qəbul prosesi üzrə ilkin müsahibələr də aparılıb.
Yarmarka tələbələr və məzunlar tərəfindən böyük maraqla qarşılanıb.