SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Tələbə kartların hansı güzəştlər verəcəyi açıqlanıb

Tələbə kartların hansı güzəştlər verəcəyi açıqlanıb

Tələbə kartlarının ictimai nəqliyyat üçün verəcəyi güzəşt açıqlanıb.

Yurd.Media xəbər verir ki, gələcəkdə TələbəPlus kartı vasitəsilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.

Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq 160 minə yaxın tələbə bu kartdan istifadə edir.

Nazir müavini hazırda müəllimlərin güzəşt imtiyazından yararlandığını da söyləyib.

Nazir müavini qeyd edib ki, TəhsilPlus kartı isə 450 minə yaxın təhsil işçisini əhatə edəcək.

Onun sözlərinə görə, TəhsilPlus kartından təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyət yararlanacaq:

"Belə ki, təhsil işçiləri "Birbank" tətbiqi üzərindən TəhsilPlus kartından faydalana bilərlər. Ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə etmək imkanı qazanacaq".

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları