SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Təhsil İdarəsi 10 qəzetə 700 min manata yaxın ödəniş edəcək

Təhsil İdarəsi 10 qəzetə 700 min manata yaxın ödəniş edəcək

  • 04 mart 2026, 21:21

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 10 qəzaetə abunə olaraq 700 min manata yaxın ödəniş edəcək.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışına başlanılır.

Məlumata görə, paytaxt məktəblərinin abunə yazılışı xidməti ilə bağlı ən uyğun qiyməti “Mətbuat Yayım” şirkəti təklif edib.

Belə ki, şirkət biri jurnal, digərləri qəzet olmaqla, ümumilikdə 10 media subyektinə abunə yazılışı üçün 660 072 manat ödəniş edilməsi təklifi ilə çıxış edib.

Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, BŞTİ-nin müəssisələrinin dövri mətbuata abunə yazılışı ötən il 659 696 manata başa gəlib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları