SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Süni intellekt məktəblərimizə ayaq açır? - RƏSMİ CAVAB

Süni intellekt məktəblərimizə ayaq açır? - RƏSMİ CAVAB

Süni intellekt hər bir sahədə həyata keçirilən işlərdə istifadə edilən əsas köməkçi mexanizmə çevrilib. Bəs bu proses tədrisdə necə tətbiq ediləcək? Süni intellekt məktəblərdə tədris ediləcəkmi? 

Yurd.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən APA-ya bildirilib ki, informatika fənni üzrə təhsil proqramının müvafiq məzmun xətlərinə əsasən, təhsilalanlar informasiya cəmiyyəti və informasiya mədəniyyəti anlayışlarının mahiyyətini, kibertəhlükəsizlik problemlərini və fərdi məlumatların qorunması yollarını öyrənir, süni intellekt və onun tətbiq sahələrini tanıyır:

“Bununla yanaşı, həmin fənnin tədrisi zamanı təhsilalanlar haker hücumlarının məqsədlərini öyrənir, kibercinayətkarlıq və haker hücumlarının qarşısının alınma yollarını mənimsəyir. Bu səbəbdən də ümumi təhsil müəssisələrində ayrıca fənnin tədrisinə ehtiyac duyulmur”.

Prime Leasing