SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olundu

Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olundu

  • 21 may 2025, 13:56
Şirvan

Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir təyin olunub.

Bu barədə Yurd.Media-ya idarədən məlumat verilib.

Bildirilib ki, Müşfiq Dadaşov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin edilib.

O, pedaqoji fəaliyyətə 2002-ci ildə Biləsuvar rayonu Ə.Rəhmətov adına Zəhmətabad kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi kimi başlayıb və eyni zamanda Tarix və Coğrafiya fənləri üzrə metodbirləşmənin sədri vəzifəsini də icra edib. 2010–2021-ci illərdə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində tarix müəllimi və Tarix kafedrasının koordinatoru kimi çalışıb. 2021–2022-ci illərdə həmin müəssisədə Keyfiyyətə Nəzarət Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.Təyinatdan öncə Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində icraçı direktorun müavini olub.

Prime Leasing