SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Şimal bölgələrində şagirdlərə  fövqəladə hallarda davranış qaydaları izah olunub

Şimal bölgələrində şagirdlərə fövqəladə hallarda davranış qaydaları izah olunub

  • 01 mart 2026, 18:38
Quba

1 Mart – Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində maarifləndirici tədbirlər təşkil olunub.

Yurd.Media xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə fövqəladə hallarda davranış qaydalarının öyrədilməsi, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması və mülki müdafiə sahəsində biliklərin artırılması olub.

Məktəblərdə mülki müdafiə planlarına uyğun olaraq maarifləndirici söhbətlər aparılıb, təqdimatlar nümayiş etdirilib, təxliyyə məşqləri keçirilib.

Şagirdlərə zəlzələ, yanğın və digər fövqəladə hallarda düzgün davranış qaydaları izah olunub, ilkin tibbi yardımın göstərilməsi barədə məlumatlar verilib.

Keçirilən tədbirlər şagirdlərin təhlükəsizlik sahəsində bilik və bacarıqlarının möhkəmləndirilməsinə, operativ və düzgün qərarvermə qabiliyyətinin inkişafına xidmət edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları