SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Rusiyada təhsilini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib - FOTO

Rusiyada təhsilini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib - FOTO

  • 23 iyun 2025, 15:56

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki S.M.Kirov adına Hərbi Tibb Akademiyasında klinik ordinatura və baza ali tibb təhsili səviyyələri üzrə təhsil alan azərbaycanlı məzunların buraxılış mərasimi keçirilib.

Bu barədə Yurd.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Müvafiq təhsil səviyyələrini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar və döş nişanları təqdim edilib.

Cari ildə bu ali hərbi təhsil müəssisəsindən klinik ordinatura səviyyəsi üzrə 8 və baza ali tibb təhsili səviyyəsi üzrə 2 Azərbaycan Ordusunun tibb xidməti zabiti məzun olub. Baza ali tibb təhsili səviyyəsi üzrə təhsil alan tibb xidməti leytenantı Rəşad Dəvrişov akademiyanı fərqlənmə ilə bitirib.

Prime Leasing