Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sosial şəbəkələrdə 6-cı sinif üzrə Riyaziyyat və Azərbaycan dili fənləri üzrə keçirilən böyük summativ qiymətləndirmənin (BSQ) cavablarının əvvəlcədən yayılmasına aydınlıq gətirilib.
Yurd.Media xəbər verir ki, Agentlikdən bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlərdə sualların yayıldığı iddia edilən təhsil müəssisələrinin rəhbərləri ilə danışıqlar aparılıb:
"Məlum olub ki, bu hal lokal xarakter daşıyıb və azsaylı təhsil müəssisələrini əhatə edib. Bildiririk ki, qiymətləndirmə prosesinin obyektivliyi, şəffaflığı və məxfiliyi təhsil sisteminin əsas prinsiplərindəndir. Sualların əvvəlcədən ictimailəşdirilməsi yolverilməzdir və buna şərait yaradan şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq ölçü götürüləcək. Bu halın müşahidə edildiyi məktəblərdə pedaqoji şuranın qərarı ilə BSQ yenidən təşkil edilə bilər".
Qeyd edək ki, iddia olunub. Bu hal ictimai müzakirələrə səbəb olub.