SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Rezidenturaya qəbul imtahanından 1 nəfər xaric edilib

Rezidenturaya qəbul imtahanından 1 nəfər xaric edilib

  • 29 iyun 2025, 16:56

Bugün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.

Yurd.Media xəbər verir ki, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.

İyunun 30-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Prime Leasing